Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dibala ''Yuventus''da qalır

Dibala ''Yuventus''da qalır

Tarix: 10 Iyun 2020 16:40

“Yuventus” futbolçusu Paulo Dibala ilə yeni müqavilə bağlamağa yaxındır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sözləşməyə görə, argentinalı hücumçunun illik qazancı 12 milyon avro olacaq. Turin klubunun rəhbərliyinin 26 yaşlı oyunçu ilə razılaşacaqlarından əmin olduğu bildirilib.

Dibalanın “Qoca sinyora” ilə hazırkı müqaviləsinin müddəti isə 2022-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Dibala 2015-ci ildeən “Yuventus”da çıxış edir. O, bu mövsüm komandanın heyətində 34 matça çıxaraq 13 qol vurub və 12 qolun ötürməsini verib.

Əlavə edək ki, Dibalanın adı "Barselona" ilə də hallanır.
 


Etiketlər:  Dibala Yuventusda qalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ