Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 17:22
"Kobra" ləqəbli tanınmış idmançı Pərviz Abdullayev həyat yoldaşını özəl gün münasibətilə təbrik edib.
Sonxeber.net xəbər verir ki, "Survivor" yarışmasından çıxdıqdan sonra Türkiyədə qalan həmyerlimiz İnstaqram üzərindən həyat yoldaşını evliliklərinin 10-cu ildönümü münasibətilə təbrik edib. O, oğullarının fotosunu paylaşaraq ürək sözlərini belə ifadə edib:
"10 illik evliliyimiz mübarək olsun. Bu da şirin-şəkər meyvələrimiz".
Məlumat üçün bildirək ki, pandemiya səbəbilə sərhədlər bağlandığı üçün kikboksinq üzrə altıqat dünya çempionu olan idmançı Vətənə qayıda bilmir. (publika.az)