Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 19:20
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Portuqaliyanın "Deportivo Saviş" klubunun futbolçusu Kevin Medinanın mümkün transferi haqda danışıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, "CBC Sport"a açıqlamasında bildirib ki, kolumbiyalı müdafiəçinin keçidi üçün işlər tamamlanıb.
"Bir neçə ay əvvəl həm Medina, həm də klubu ilə danışılmışdı. Hələ o vaxtdan razılıq əldə olunmuşdu. Demək olar ki, bu iş tamamlanıb" - deyə o qeyd edib.
Q.Qurbanov qarşıdakı transferlərdə problemlər olacağını və vəziyyətə görə addım atacaqlarını da əlavə edib.
Qeyd edək ki, 27 yaşlı Kevin Medina bu mövsüm 2-ci liqa təmsilçisi "Deportivo Saviş"də 16 oyuna çıxıb.