Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2020 21:20
"Yuventus"un futbolçusu Kriştianu Ronaldunun komandadan ayrılacağı haqda daha bir iddia yayılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, 35 yaşlı hücumçu mövsümün sonunda Turin klubunu tərk edəcək.
Baş məşqçi Mauritsio Sarri ilə yola getməyən portuqaliyalı futbolçunun sabiq komandası "Mançester Yunayted"ə qayıdacağı ehtimal olunur.
Xatırladaq ki, Ronaldu "Yuventus"a 2018-ci ildə "Real"dan keçib.