Tarix: 11 Iyun 2020 00:34
“Uzun fasilədən sonra ilk oyunumuzu keçirdik. İki fərqli hissə oynadıq. Narazı olmağa haqqımız yoxdur". Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qəbələ" ilə yoxlama oyunundan sonra mətbuat konfransında deyib.
O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Ümumilikdə meydandakı hərəkətlilikdən razı qaldıq. Bu gün gənclərimiz göz qabağındadır. Çempionatın pik vaxtında belə sıxıntı ortaya çıxdı. Hər tur nə isə ola bilər. Ola bilər ki, gözəllik baxımından çox şey görə bilməyək".