Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - RƏSMİ

Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi - RƏSMİ

Tarix: 11 Iyun 2020 10:15

Bakı. Samir Əli - Trend:

Bakıda marşrut avtobuslarında kondisionerlər qoşulub.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Trend-ə verilən məlumata görə, Operativ Qərargahın tibbi bölməsi TƏBİB-lə aparılan müzakirələrin nəticəsi olaraq avtobuslarda sərinləndirmə sistemlərinin işə salınmasına qərar verilib.

Sərinləndirmə sistemlərinin işlədilməsi mütəxəssislərin tövsiyə etdiyi qaydalar nəzərə alınmaqla həyata keçiriləcək:

"Bununla bağlı daşıyıcı şirkətlərə də müvafiq tapşırıqlar verilib və mərhələ ilə sərinləndirmə sistemlərinin işə salınması təmin olunacaq. Bir daha sərnişinlərimizə göstərdikləri anlayış üçün təşəkkür edirik. Həmçinin, bildiririk ki, nəqliyyat mübadilə mərkəzlərində, dayanacaqlarda və avtobuslarda maskadan istifadə qaydalarına mütləq şəkildə əməl olunmalıdır".


Etiketlər:  Avtobuslarda kondisionerlərin qoşulmasına qərar verildi RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ