Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyun 2020 13:27
Bakı. İlhamə İsabalayeva - Trend:
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən respublikanın bir sıra şəhər və rayonlarında ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanlarının keçirilməsi yekunlaşıb.
Trend-in məlumatına görə, bu gün keçirilən imtahanlarda 17021 nəfər olmaqla, ümumilikdə 42618 şagirdin (abituriyentin) imtahanlarda iştirakı nəzərdə tutulmuşdu. İmtahanlar saat 11-də başlayıb.
Dünən və bu gün imtahanlar Xətai (Bakı), Sumqayıt (I hissə), Qazax, Şəki, Göyçay, Ağdaş, Qusar, Cəlilabad, Qobustan, Goranboy, Göygöl, Daşkəsən, Salyan, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə (I hissə) Siyəzən, Xızı və s. ərazilərdəki məktəblərdə keçirilib.
Növbəti buraxılış imtahanları iyunun 18 və 19-da Qaradağ (Bakı), Goranboy, Göygöl, Sabirabad, Salyan, Tovuz, Gədəbəy, Lənkəran, Lerik Ağdam, Beyləqan, Hacıqabul və s. yerdə keçiriləcək.