Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda pandemiya dövründə sənaye istehsalının həcmi açıqlandı

Azərbaycanda pandemiya dövründə sənaye istehsalının həcmi açıqlandı

Tarix: 11 Iyun 2020 20:48

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-may aylarında 15,5 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox sənaye məhsulu istehsal edilib.

Milli.Az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 14,0 faiz artıb.

Sənaye məhsulunun 62,0 faizi mədənçıxarma sektorunda, 31,6 faizi emal sektorunda, 5,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,1 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,5 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 3,1 dəfə, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,3 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 2,2 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 57,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 37,6 faiz, elektrik avadanlıqlarının istehsalı 26,5 faiz, tütün məmulatlarının istehsalı 26,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 24,6 faiz, kağız və karton istehsalı 15,0 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 13,6 faiz, geyim istehsalı 13,0 faiz, hazır metal məmulatlarının istehsalı 7,4 faiz, içkilərin istehsalı 2,9 faiz, neft məhsullarının istehsalı 2,0 faiz, poliqrafiya məhsullarının istehsalı 1,8 faiz, qida məhsullarının istehsalı 1,8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 1,6 faiz artıb.

Mebel istehsalı 1,5 faiz, maşın və avadanlıqların istehsalı 8,2 faiz, tikinti materiallarının istehsalı 9,3 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,2 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 13,0 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,5 faiz artıb.

Milli.Az


Etiketlər:  Azərbaycanda pandemiya dövründə sənaye istehsalının həcmi açıqlandı


RƏYLƏR