Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 01:44
"Şlyonsk"un azarkeşi komandasının Polşa Premyer Liqasının 29-cu turunda "Visla Plotsk"la matçı canlı izləmək üçün etdiyi hərəkətlə diqqət çəkib.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, komandasını səfər görüşündə dəstəkləmək üçün kran icarəyə götürüb. Azarkeş oyuna 22 metr hündürlükdən baxıb.
Qeyd edək ki, qarşılaşma "Şlyonsk"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, koronavirus səbəbindən Polşada matçlara azarkeşlər buraxılmır.