Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıldı (FOTO)

Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıldı (FOTO)

Tarix: 12 Iyun 2020 11:30

Bakı. Samir Əli - Trend:

Neftçala şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədilə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat vəsait ayrılıb.

Hazırda rayon ərazisində bu sahədə mövcud infrastruktur olmadığı üçün tam yeni layihə hazırlanıb.

Neftçala rayonu İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, icra başçısı Mirhəsən Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Seymur Seyidovun, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin digər mütəxəssislərinin, İcra Hakimiyyətinin aidiyyəti məsul şəxslərinin, Neftçala şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin və yerli bələdiyyə orqanının iştirakı ilə layihənin təqdimatı keçirilib.

Rayon İcra Haimiyyətinin binasında keçirilən tədbirdə bildirilib ki, ilkin olaraq Neftçala şəhərinin və⠀ətraf yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulan layihə çərçivəsində mənbəyi Salyan rayonu ərazində su tutumu 7500 m3 olan su anbarı tikiləcək. Həmin anbardar uzunluğu 44 km olan magistral su xəttinin çəkilməsi planlaşdırılır.

Mövcud layihəyə əsasən çoxmənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın sakinin içməli su xətləri ilə təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Hazırda layihənin icrası istiqamətində zəruri tədbirlər həyata keçirilirməsinə başlanılıb. ⠀

Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıldı (FOTO) - Gallery Image Neftçalada su təchizatı və kanalizasiya sisteminin yenidən qurulmasına başlanıldı (FOTO) - Gallery Image


Etiketlər:  Neftçalada təchizatı kanalizasiya sisteminin yenidən qurulmasına başlanıldı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ