Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya aviaşirkətləri karantin rejiminə görə hökuməti məhkəməyə verdi

Britaniya aviaşirkətləri karantin rejiminə görə hökuməti məhkəməyə verdi

Tarix: 12 Iyun 2020 14:32

Bakı. Trend:

Böyük Britaniyanın “British Airways”, “EasyJet” və “Ryanair” aviaşirkətləri hökumətin iki həftəlik karantin qərarı ilə bağlı məhkəməyə müraciət edib.

Trend-in məlumatına görə, aviaşirkətlər hesab edir ki, ölkəyə gələn turistlərin karantinə alınması qərarı aviadaşımaların həcminin bərpa olunmasına, eləcə də turizm sektorunun inkişafına ciddi zərbə vuracaq.

Böyük Britaniya hökumətinin yeni qərarı iyunun 8-dən qüvvəyə minib.

Qərara əsasən, ölkəyə təyyarə, qatar və bərə ilə daxil olan turistlər sağlamlıq vəziyyəti, əlaqə məlumatları, eləcə də iki həftə karantində qalacaqları yerin ünvanı olan anketi doldurmalıdır.


Etiketlər:  Britaniya aviaşirkətləri karantin rejiminə görə hökuməti məhkəməyə verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ