Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyun 2020 18:52
Xəstəliyin yayılmasının qarşısını almaq üçün əyləncə mərkəzləri və kinoteatrların fəaliyyətinin bərpası gündəmdə deyil.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.
Onun sözlərinə görə, mövcud sanitar-epidemoliji durum əyləncə mərkəzlərinin və kinoteatrların fəaliyyətinin bərpasına imkan vermir. Bu sahənin lazımlılıq dərəcsi aşağı olduğuna görə də bu fəaliyyət sahələrinin bərpası müzakirə olunmur.