Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Redmi” şirkəti “Wi-Fi 6” dəstəkli ucuz router təqdim edib

“Redmi” şirkəti “Wi-Fi 6” dəstəkli ucuz router təqdim edib

Tarix: 13 Iyun 2020 07:32

"Redmi" şirkəti "Redmi AX5" adlı marşrutlayıcısını təqdim edib. Yüksək məhsuldarlıq və aktual "Wi-Fi 6" standartını dəstəkləyən qurğunun qiyməti ucuzdur və aparatı sürətləndirmək üçün neyron hesablama blokuna malikdir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, dörd mobil antenalı yenilik yüksəksürətli simsiz qoşulma ilə diqqət çəkir: modelin buraxılış qabiliyyətinin ən yüksək nöqtəsi 1775 Mbit/s təşkil edir. İstehsalçının iddiasına görə, 1080p təsvir ölçülü tammetrajlı filmin yüklənməsi üçün qurğuya 8 saniyə vaxt lazım olacaq.

Router 14 nm-lik texnoloji proses üzrə hazırlanmış 1,2 QHs takt tezlikli 5 nüvəli "Qualcomm" prosessoru ilə işləyir.

Ümumilikdə yeni router giriş nöqtəsi rejimində 128-dək qurğunu dəstəkləyir. Həm veb-interfeys, həm də mobil tətbiqin köməyi ilə ev şəbəkəsini tənzimləmək olar.

Çində "Redmi AX5" routerinin qiyməti 32 dollar təşkil edir.

Milli.Az


Etiketlər:  Redmi şirkəti dəstəkli ucuz router təqdim edib


RƏYLƏR