Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 02:24
Bakı. Trend:
Polşa ABŞ-dan 30-dan artıq F-35 qırıcı təyyarəsi alacaq.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Polşa prezidenti Andjey Duda ilə görüçündən öncə deyib.
D.Trampın sözlərinə görə, A.Dudanın Vaşinqtona səfəri zamanı Ağ Evin üzərindən F-35 qırıcıları keçəcək, "Polşa 32 və ya 35 ədəd F-35 sifariş edib".
Ağ Evin rəhbəri əlavə edib ki, ABŞ Avropaya əlavə qoşun göndərməyəcək və Almaniyadakı hərbçilərin bir hissəsini Polşaya göndərməklə bu ölkədəki hərbi kontingentin sayını artıra bilərlər: "Söhbət 2 min hərbçidən gedir. Avropa əlavə qoşun göndərilməyəcək. Onlar Almaniyadan və ya başqa yerlərdən Polşaya göndəriləcək. Bildiyiniz kimi Almaniyada bizim 52 min hərbçimiz var".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin