Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2020 20:42
Bu mövsümün ən çox sevilən meyvəsi çiyələkdir. Əksəriyyətin xoşladığı bu meyvəyə hər zaman xüsusi ehtiyatla yanaşılır. Bu həm çiyələklərin allergen olması, həm torpaqdan çoxlu sayda mikrob yığa bilməsi, həm də yetişdirilməsində kimyəvi maddələrin istifadəsi ilə əlaqələndirilir. Həkimlər bu səbəbdən çiyələyin təhlükəsi barədə xəbərdarlıq edirlər. Quruluş etibarilə çiyələk digər meyvə, giləmeyvələrdən daha çox mikrob, ziyanlı elementlər daşıyır. Ona görə də onun yuyulması zamanı xüsusilə diqqətli olmaq lazımdır.
Bəs çiyələk necə təmizlənməlidir?
Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, çiyələyi sadə yolla bütün ziyanlı maddələr, mikroblardan təmizləmək mümkündür. Çiyələyi bütün mikrob və bakteriyalardan təmizləmək üçün ilk növbədə saplaqlarını təmiz qoparmaq lazımdır. İkincisi, su ilə dolu qaba yığıb 5-10 dəqiqə gözləmək vacibdir. Çiyələyin üzərində olan torpaq qabın dibinə çökəndən sonra suyu boşaldıb, təkrar axar suyun altında yumaq lazımdır. Bundan sonra qabın içinə təkrar su doldurub bir qədər limon sıxmaq məsləhət görülür. Limonlu su çiyələkdə olan zərərli mikrob, bakteriyaları öldürə bilir. Bundan sonra suyun içində olan çiyələkləri yuyub sudan çıxarmaq və yemək olar.
Daha bir vacib məqam, çiyələkləri uzun müddət suda saxlamaq olmaz. Çünki çiyələk quruluşuna görə daha çox su çəkə bilir, bu zaman isə onun tərkibi dəyişir.
Bəs çiyələyin nə kimi faydaları var? Çiyələk dəmir, fosforla zəngindir. Güclü andioksidantdır, immuniteti gücləndirir. Son zamanlar aparılan araşdırmalara görə, xərçəng olma, xərçəngdən ölüm riskini azaldır. Qanda xolesterini azaldır, bununla da damar tıxanıqlığına mane olur. Dəridə nəmlik yaratması sayəsində dərinin ləkləsiz, parlaq qalmasına səbəb olur. Həzm sisteminə bağlı ağız qoxusunu aradan qaldırır. Amma çiyələk şəkərlə zəngindir, ona görtə də nizamlı şəkildə, həm də şəkərsiz yemək tövsiyə edilir.
Bundan başqa, çiyələk alanda iri olanları deyil, kiçikləri seçmək lazımdır. Çiyələklərin tez yetişməsi, böyük olması üçün hormon istifadəsinə dair məlumatlar var...