Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyun 2019 09:12
Bakı. Trend:
Azərbaycanlı Qılıncoynatma Federasiyasının sablya üzrə qadınlardan ibarət yığma komandası Türkiyənin Antalya şəhərində Avropa çempionatına hazırlıqlarını davam etdirir.
Federasiyadan Trend-ə verilən məlumata görə, Avropa çempionatı iyunun 17-dən 22-dək Almaniyanın Düsseldorf şəhərində keçiriləcək.
Sablyaçılarımız iyunun 5-dən etibarən hazırlıqlara başlayıb. Hazırlıqlar 10 gün davam edəcək və ayın 15-də yekunlaşacaq.
Qeyd edək ki, qitə çempionatında uğurlu çıxış etmək “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq baxımından çox önəmlidir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin