Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 12:36
Bakı. Asif Mehman - Trend:
Bu gecədən etibarən Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Trend-in məlumatına görə, artıq icazəsiz hərəkət edən avtomobillər aşkar edilib. Hazırda proses davam edir, karantin qaydalarını pozan avtomobillər polis naryadları tərəfindən məsuliyyətə cəlb edilir.
Hazırda küçələrdə insanların hərəkəti nəzərə çarpmır, yollarda isə nadir hallarda avtomibllərə rast gəlinir.
Qeyd edək ki, sərt karantin rejimi 16 iyun 06:00-dək davam edəcək. Sərt karantin rejiminin tələblərini pozaraq evdən çıxan şəxslər cərimə və yaxud həbs oluna bilər.
FOTO: Zaur Mustafayev