Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 13:36
Bakı. Asif Mehman - Trend:
Bu gecədən etibarən Lənkəran şəhərində də əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.
Trend-in məlumatına görə, Lənkəran şəhərində polis əməkdaşları sərtləşdirilmiş karantin rejiminin tələblərinə ciddi nəzarət edir. Sərt karantin rejimi 16 iyun 06:00-dək davam edəcək. Tələbləri pozaraq evdən çıxan şəxslər cərimə və yaxud həbs oluna bilər.
Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi sərtləşdirilib, Lənkəranla bərabər Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarında əhalinin yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.