Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 14:12
Bakı. İlhamə İsabalayeva - Trend:
Müəlllimlərin yerdəyişməsi müsabiqəsində uğur qazanmayanlar işlədikləri məktəbdə vəzifəsindən azad edilmirlər.
Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.
M.Camalzadə bu məsələnin aydınlaşdırılması üçün müəllimlər tərəfindən də onlara müraciətlərin olduğunu söyləyib:
“Yerdəyişmə müsabiqəsi bir sınaqdır. Uğur qazanmadığı halda namizədin iş yerini itirməsi hüquqi cəhətdən düzgün deyil”.
M.Camalzadə əlavə edib ki, yerdəyişmə nəticəsində uğur qazanaraq yeni vakant yer tutan müəllim əvvəlki əsas iş yerini itirir:
“Sənəd qəbuluna baxdıqda da görürük ki, bizdə belə hallar olur. Bəzən namizədlər əsas iş yeri olaraq, müddətli əsaslarla işlədikləri müəssisənin adını qeyd etmək istəyirlər. Amma yerdəyişmə zamanı namizəd əsas iş yerini dəyişdirərək başqa əsas iş yerinə getməlidir. Başqa sözlə, müəllim müddətsiz əsaslarla işlədiyi bir müəssisədən başqa müəssisəyə iş yerini dəyişir”.