Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyun 2020 17:26
İngiltərə Premyer Liqasında koronavirusa yoluxduğu aşkarlanan iki şəxsdən birinin futbolçu olduğu müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, "Norviç"in oyunçusudur. Futbolçunun adı açıqlanmayıb. Klubun rəsmi saytı həmin oyunçunun 7 günlük izolyasiyadan sonra yenidən test verəcəyini və nəticə mənfi olsa, onun məşqlərə başlayacağını açıqlayıb.
BBC-nin yaydığı xəbər isə koronavirus aşkarlanan futbolçunun “Tottenhem”lə iyunun 12-də keçirilən yoxlama matçında iştirak etdiyi bildirilib. Oyun “Norviç”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İngiltərə Premyer Liqası iyunun 17-də bərpa olunacaq.