Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çelsi'' 7 qolla qalib gəldi

''Çelsi'' 7 qolla qalib gəldi

Tarix: 14 Iyun 2020 20:38

İngiltərə Premyer Liqasında mövsümün bərpasına hazırlaşan “Çelsi” bu gün yoxlama oyunu keçirib.

Qol.az xəbər verir ki, London klubu Çempionşip təmsilçisi KPR-lə qarşılaşıb. Oyun “Çelsi”nin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

"Stemford Bric"də keçiriləcək görüşdə “zadəganlar”ın heyətində Ruben Loftus-Çik və Billi Gilmor dubl edib. Mayson Maunt, Olivye Jiru və Villian isə hərəyə bir dəfə fərqləniblər.

Qeyd edək ki, “Çelsi” 29 turdan sonra 48 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Premyer Liqanın iyunun 17-də bərpa ediləcəyi açıqlanıb.
 


Etiketlər:  Çelsi qolla qalib gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ