Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 14:36
2020-ci ilin yanvar-may aylarında Azərbaycan vətəndaşları Türkiyədə 464 daşınmaz əmlak obyekti satın alıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1033 obyekt azdır.
Sonxeber.net xəbər verir ki, Trend bu barədə Türkiyə Dövlət Kadastrı və Alqı-Satqı Agentliyinə istinadən məlumat verir.
Məlumata əsasən, may ayında Azərbaycan vətəndaşları Türkiyədə 42 daşınmaz əmlak obyekti əldə edib. Bu, ötən ilin mayı ilə müqayisədə 48 obyekt azdır.
2020-ci ilin mayında Türkiyədə 50 936 daşınmaz əmlak obyekti satılıb ki, bu da 2019-cu ilin mayı ilə müqayisədə 44,6 faiz azdır.
Ötən ay əcnəbilər Türkiyədə 860 daşınmaz əmlak əldə edib. Bu göstərici 2019-cu ilin mayı ilə müqayisədə 78,1 faiz aşağıdır.