Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus təhlükəsinin daha bir sirri aşkara çıxarıldı: İnsan zülalı...

Koronavirus təhlükəsinin daha bir sirri aşkara çıxarıldı: İnsan zülalı...

Tarix: 15 Iyun 2020 16:18

Kembric Universitetinin alimləri koronavirusda insan zülalının bir hissəsi ilə identik olan əlavə tapıblar.

O, virusun insan bədəninə daxilolma ehtimalını təyin edən genom hissəsində yerləşir.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, alimlərin araşdırması "eLife" elmi jurnalının saytında dərc edilib.

Süni intellektdən istifadə edərək, mütəxəssislər SARS-CoV-2-nin genetik ardıcıllığınında vacib insan zülallarından birində eyni fraqmentə bənzəyən səkkiz aminturşuya oxşarlıq tapıblar.

Qeyd edilir ki, bu zülalın tənəffüs yollarının səthindəki aktivliyi maye reabsorbsiyasının pozulmasına səbəb olur. Ağır COVID-19 xəstələrində məhz bu patologiya müşahidə edilib.

Rusiyalı genetik Konstantin Krutovski bildirib ki, SARS-CoV-2-də insan zülalının bir hissəsinin meydana gəlməsi təsadüfi mutasiya ola bilər, baxmayaraq ki, belə ehtimal azdır. Bundan əlavə, o, koronavirusun aralıq sahibinin ola biləcəyini və ya insan hüceyrələrində laboratoriya şəraitində yetişdirilə biləcəyini etiraf edib. Mütəxəssis onun süni mənşəli olması ehtimalını da istisna etməyib.


Etiketlər:  Koronavirus təhlükəsinin daha sirri aşkara çıxarıldı İnsan zülalı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ