Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu şorba piylərin qənimidir

Bu şorba piylərin qənimidir

Tarix: 15 Iyun 2020 16:48

Yay yaxınlaşdıqca qarderobumuzda incə paltarlar öz yerini alır. Qış aylarında alınan çəkiləri atmaq üçün müxtəlif üsullardan istifadə edirik. Bəzilərimiz ciddi pəhriz, bəzilərimiz də idmanla məşğul oluruq.

Sonxeber.net Axşam.az-a istinadən sizə qısa müddətdə çəki verib, eyni zamanda bədənimizdən toksinləri atacaq şorba reseptini təqdim edir.

Tox tutan, üstəlik də vitaminlə zəngin şorbanı günün istənilən saatında yeyə bilərsiz.

Ərzaqlar:

1 ədəd pomidor, 1 ədəd yaşıl və qırmızı bibər, 1 ədəd qırmızı soğan, kiçik ölçüdə çuğundur, 4 x.q qırmızı mərcimək, duz, qara və qırmızı istiot, 5 st su

Bütün ərzaqları qarışdırıb, üzərinə su tökürük. Vam odda yarım saat bişirib, blenderdən keçiririk.

Bu şorba eyni zamanda qəbizlikdən şikayəti olan şəxslər üçün nəzərdə tutulub.


Etiketlər:  şorba piylərin qənimidir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR