Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 18:10
Kişi qadını diqqəti, varlığı, qayğısı ilə xoşbəxt etməlidir. Qadına diqqət sevgi göstərsən, pul önəmli deyi. Kişi pul qazanar. Ən vacib olan bir can sağlığı, bir də puldur.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova "Zaurla Günaydın" proqramında deyib. Aktrisa sənət adamlarının ünvanına sosial şəbəkədə yazılan şərhlərə cavab verib. Sənətçi işləməyən kişiləri tənqid edib:
"Hər kəs milyon qazana bilməz. Hamı nazir, müdir, aktrisa ola bilməz. Hərənin bir şansı var. Birdən yazırlar, filankəsin nələri var. Filankəs yuxusuz gecələr keçirib, əziyyətlə qazanıb, canını qoyub. Siz oturmusuz evdə, deyirsiz iş yoxdur. Adam var kişi oturur, arvad işləyir. İş var, niyə yoxdur... Gecə-gündüz iki işdə çalış, qazan. Evə pulu kişi gətirməlidir, qadın yox".