Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 18:54
"Bavariya"nın futbolçusu Lukas Hernandes karyerasını Fransada davam etdirə bilər.
Qol.az "Cadena Ser"ə istinadən xəbər verir ki, PSJ 24 yaşlı müdafiəçi ilə maraqlanır. Bildirilib ki, Paris təmsilçisi onu klubdan ayrılacağı gözlənilən Tiaqo Silvanın əvəzləyicisi hesab edir. PSJ-nin artıq fransalı oyunçunun agenti ilə əlaqə saxladığı vurğulanıb.
Qeyd edək ki, L.Hernandes bu mövsüm Bundesliqada 16 matçda meydana çıxıb.