Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Iyun 2020 22:00
"Çox çalışdım anam sağalsın. Əvvəl soyuqdəymə, sonra böyrəyinin biri çürüdü. Sonra bədxassəli şiş əmələ gəldi. Digər böyrək imtina etdi. Əlimdən gələni etdim. Şiş o qədər böyüdü ki, böyrəyi cırdı çıxdı. Su yığıldı, bədənə zəhərlənmə verdi. Bir böyrək çıxarıldı və dializə bağlandı. Çətin günlər başladı, bədən qəbul etmədi".
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Sanəliyeva "Space" telekanalında "Təmiz söhbət" verilişində deyib. Sənətçi dünyasını dəyişən anasından bəhs edib:
"Donor axtardım və tapdım. Anama böyrək köçürüldü və dünyasını dəyişdi. Ölənə kimi deyəcəm, kaş etməzdim, anam yaşayardı. Anam çətin günlər yaşayıb. Mənə görə ikinci dəfə ailə qurmadı. Çünki anama elçi gələn şəxslər məni istəmirdilər. Anam cavan vaxtı kasıbçılıqdan, maddi vəziyyətimiz düzələndə isə xəstlikdən əziyyət çəkdi".
Səhhətindən danışan Sevda övladlarından söz açıb:
"Oğlumdan sonra həkimlər demişdi ki, ikinci uşağın olmayacaq. Qızıma hamilə olmağım bir möcüzə idi".
Müğənni boşanma səbəbini açıqlayıb. O bildirib ki, ikinci ailəsinin dağılmasına qısqanclıq səbəb olub:
"Birinci ailə qurmağım səhv idi. Ailə qurmaq üçün razılaşdım. Nə pis, nə əla insandır. Mənə pisliyi dəyməyib. Ondan övladım var. Tez ailə qurub, 1 ay sonra ayrıldıq. İkinci ailə qurmağım isə sağlam qərar deyildi. Anam xəstəxanada olan ərəfədə onla tanış oldum. Anam dünyasını dəyişdi, bu adam hər gün yanımda idi. O qədər yazırdı, məni tək qoymadı ki... Pis günlər keçirirdim, o da mənə diqqət, sevgi verirdi, rahatlıq tapırdım. Ən səhv qərarım idi, amma peşman deyiləm. Çünki qızım var. Qarşı tərəf çox qısqanc, idi. Xasiyyətin çətinliyi, dəhşətli qısqanclıqlar ayrılığa səbəb oldu. Dörd il ailəmi qorumaq üçün əlimdən gələni etdim. Amma gördüm ki, ailəm dağılmasa, canım əldən gedəcək".
Üçüncü dəfə ailə qurması ilə bağlı suala sənətçi "O qədər çətin qərar olar ki... Hər qadın istəyər ailəsi olsun. Qızım balacadır, oğlum böyüyür. Ona görə narahatam. Oğlumun sevgisini itirməkdən qorxaram" cavabını verib.