Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 13:20
Bəstəkarlıqla məşğul olan müğənnilərin mahnını pul hesabına başqasına yazdırıb daha sonra öz adlarına çıxartdırdıqlarının şahidi olmuşuq. Nə məcburdu? Hər kəs öz işi ilə məşğul olsun.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri əkizlərdən biri, müğənni Sevinc Səfərova "MTV"yə açıqlamasında deyib.
Sənətçi toy məclislərində çox əziyyət çəkdiklərini bildirib: "Hər toyda 10 il qocalır, stress yaşayır, həyəcan keçirirəm. Çox vaxt Moskvada toyda oluruq, özümü narahat hiss edirəm ki, ora tək getmişik, başımıza hansısa bir iş gələ bilər. Əziyyətlə qazanırıq və pulumuzun qədrini bilən insanlarıq. Xəsis deyilik, lakin mahnı üçün bizə qoyulan böyük məbləğlərlə də razılaşmırıq. Bilirik ki, qiyməti bu deyil".
Bundan əlavə, Sevinc 10 min dollardan çox pul ayıraraq xaricdə klip çəkdirdiklərini etiraf edib: "Yerli rejissorlara iki min manatdan artıq pul verməyə əlimiz gəlmir. Biz Rusiyada böyük məbləğdə- 10 min dollardan çox pula klip çəkdirmişdik. Həmin maliyyəni yerli rejissorlara heç vaxt verməmişik. Başa düşdük ki, bizimkilərə də onlar kimi pul ayırsaq, eyni effekti alacağıq".