Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 15:14
Bakıda koronavirusa yoluxma halları artıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Azərbaycanda ötən həftə koronavirusa yoluxanların 49,5 faizi Bakının payına düşürdüsə, hazırda bu rəqəm 50,2 faiz təşkil edir.
Ölkə üzrə ikinci ən çox yoluxma Gəncə-Qazax zonasındadır. Bu bölgə üzrə göstərici 12,4 faizdir. Yoluxmanın 12,3 faizi Abşeron yarımadası, 8,8 faizi Aran zonası, 7,2 faizi isə Lənkəran şəhərində qeydə alınıb. Yoluxanların 2,9 faizi xaricdən gələnlərdir.
Hazırda ölkə üzrə yoluxma hallarının 1,7 faizi Şəki-Zaqatala, 1,5 faizi Quba-Xaçmaz, 1,2 faizi Yuxarı Qarabağ bölgəsində, 1,8 faizi isə Dağlıq Şirvan ərazilərindədir. Ölkə üzrə ən az yoluxma halı isə Naxçıvanda qeydə alınıb. Bu ərazidə yoluxma 0,05 faizdir.
Bakı şəhəri üzrə ən çox yoluxma halları paytaxtın Yasamal, Xətai və Binəqədi rayonlarında olub. Paytaxt üzrə yoluxanların 12,7 faizi Yasamal, 12,1 faizi Binəqədi, 12,2 faizi isə Xətai rayonunun payına düşür. Bakı üzrə yoluxmanın 12 faizi isə Sabunçu rayonunda qeydə alınıb. Yoluxma hallarının 10,7 faizi Nəsimi, 9,6 faizi Suraxanı 8,8 faizi Nərimanov rayonunda qeydə alınıb. Yoluxma hallarının 7,3 faizi Nizami, 6,6 faizi Qaradağ, 4,4 faizi Xəzər, 3,2 faizi Səbail rayonlarındadır. Bakı şəhəri üzrə ən az yoluxma halı isə Pirallahı rayonunda olub.
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir. Bu virusdan dünyasını dəyişənlərin 35 nəfəri (43 faiz) 60-69 yaş, 19 nəfəri (23 faiz) nəfəri 70-79 yaş, 15 nəfəri (18 faiz) isə 50-59 yaş həddində olub.
Xatırladaq ki, iyunun 8-nə qədər Azərbaycanda 10324 nəfər koronavirusa yoluxub. Onlardan 5739 nəfər sağalıb, 122 nəfər isə dünyasını dəyişib. Hazırda ölkədə 4463 nəfər aktiv koronavirus xəstəsidir. Bu tarixə qədər isə ölkə üzrə 386 min 898 nəfər üzərində koronavirus testi keçirilib.