Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 17:51
Bakı. Trend:
“AccessBank” işə qəbulda yeni metodun tətbiqinə başlayıb. Belə ki, Covid-19 pandemiyası səbəbindən müsahibələrdə iştirak etməkdə çətinlik çəkən namizədlər “AccessBank”da intervyuya “Zoom” video platforması üzərindən qatıla bilirlər. “AccessBank”ın İnsan Resursları departamentinin komandası bu yolla həm namizədlərin evdə qalmaqla sağlamlığı qoruyur, həm də onların müsahibəyə ayırdığı vaxta qənaət edir.
Son 2 ay ərzində 123 namizəd bu yolla “AccessBank”ın İnsan Resursları departamentində müsahibəyə qatılıb. Onlardan 22 nəfər müsahibəni uğurla keçərək, işə qəbul olunub.
“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.