Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 19:24
2020-ci ilin yanvar-may aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 79,1 milyon manatlıq məhsul istehsal olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 94,6 faiz, elektrik avadanlıqlarının istehsalı isə 26,5 faiz artıb.
Dövr ərzində əvvəlki ilin yanvar-may ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 10,6 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 3,6 dəfə artıb.