Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 21:00
Bakı. Trend:
Fransanın paytaxtı Parisdə tibb işçilərinin etiraz aksiyası keçirilir.
Trend-in məlumatlarına görə, aksiya iştirakçıları Səhiyyə Nazirliyinin binasına doğru yürüş edir.
Tibb işçiləri Fransa hökumətindən koronavirus pandemiyası ilə əlaqədar əməkhaqlarının və iş şəraitinin yaxşılaşdırılmasını tələb edir.
Aksiya zamanı polislə bir qrup etirazçı arasında iğtişaş yaşanıb. Etirazçıların daş atdıqları deyilir.
Digər təfərrüatlar barədə hələlik məlumat verilməyib.