Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyun 2020 21:54
Hindistanın cənubunda insanlar arasında yeni virus yayılmağa başlayıb.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, nipah adlanan bu virus beyinin zədələnməsi və respirator xəstəliklərə yol açır.
Bu xəstəliyə düçar olanlar xüsusilə əzələ zəifliyi, boğazağrısı, hərarətdən şikayətlənirlər. Daha sonra isə bütün bu əlamətlər mərkəzi sinir sisteminin zədələnməsinə yol açaraq insanı komaya salır. İnfeksiya simptomsuz da inkişaf edə bilər.
Məlumata görə, Hindistanda virusdan artıq 18 nəfər ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı mütəxəssislərinin fikrincə, nipah virusunun dünyada epidemiya kimi yayılması təhlükəsi var.
Bildirilib ki, koronavirusda olduğu kimi bu virusun daşıyıcıları da əsasən yarasalardır.
Qeyd edək ki, ilk nipah alovlanması 1999-cu ildə Malayziyada qeydə alınıb. Virusun adı ilk qeydə alındığı Kampunq-Sunqay-Nipah kəndinin adından götürülüb.