Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ankarada erməni lobbisinin apardığı təbliğata qarşı addımlar müzakirə edilib

Ankarada erməni lobbisinin apardığı təbliğata qarşı addımlar müzakirə edilib

Tarix: 17 Iyun 2020 01:48

Bakı. Trend:

Ankaradakı Prezident Kompleksində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Ali Konsultativ Şuranın iclası keçirilib. İclasın iştirakçıları 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələr ətrafında Türkiyəyə qarşı əsassız iftiralarla mübarizə tədbirlərini müzakirə ediblər.

Trend-in "Anadolu"ya istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.

Onun sözlərinə görə, Ali Konsultativ Şura Osmanlı imperiyasının bütün vətəndaşları üçün çətinlik və əziyyətlərlə dolu bir dövrdə baş verən hadisələrin yalan və böhtan əsasında qurulmuş siyasi məqsədlər üçün istifadə edilməsinə mane olacaq addımların hazırlanmasına diqqət yetirib:

"İclasda 1915-ci il hadisələrini Türkiyənin və onun xalqının adına ləkə atmaq üçün alət kimi istifadə edən erməni lobbisinin əsassız uydurmalar üzrə qurulan təbliğatına və bu məsələni siyasi məqsədlərlə istifadə edən dövlətlərə qarşı addımlar müzakirə edilib. İclasda həmçinin milli və beynəlxalq ictimaiyyətə bu məsələnin tarixi və hüquqi tərəflərini çatdırmağa yönəlmiş tədbirlər də müzakirə edilib".

F.Altun qeyd edib ki, iclas zamanı Prezident Rəcəb Tayyib Ərdoğan "tarixi hadisələri təhrif etməklə düşmənçilik toxumlarının səpilməsi" cəhdlərinin perspektivsiz olduğunu vurğulayıb.


Etiketlər:  Ankarada erməni lobbisinin apardığı təbliğata qarşı addımlar müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ