Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 04:40
Bakı. Trend:
Fransada ötən sutka ərzində yeni növ koronavirusdan 111 nəfər vəfat edib.
Trend-in "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin sayı 29 547 nəfərə, koronavirusa yoluxanların sayı isə 158 min nəfərə çatıb.
Bildirilir ki, ötən müddət ərzində 73 335 nəfər koronavirusdan sağalıb. Hazırda 10 535 nəfər xəstəxanalardadır, onlardan 820 nəfəri reanimasiya şöbəsində saxlanılır.