Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kanada-ABŞ sərhədi iyulun 21-dək bağlı qalacaq

Kanada-ABŞ sərhədi iyulun 21-dək bağlı qalacaq

Tarix: 17 Iyun 2020 08:40

Bakı. Trend:

Kanada-ABŞ sərhədi iyulun 21-dək bağlı qalacaq.

Trend-in "Gazeta"ru"Ya istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo öz "Twitter" səhifəsində yazıb.

C.Trüdo bildirib: "Kanada və ABŞ sərhəddəki tədbirlərin müddətinin 30 gün, iyulun 21-dək uzadılması barədə razılığa gəliblər".

Onun sözlərinə görə, bu, həm kanadalıların, həm də amerikalıların təhlükəsizliyini təmin etmək üçün hazırlanmış vacib bir qərardır.

Baş nazirin "Twitter"dəki yazısının şərh bölməsində istifadəçilər koronavirusun ölkəyə Kanada ərazisindən Alyaskaya gedən amerikalılardan keçdiyini bildiriblər.

Qeyd edək ki, Kanada ərazisindən Alyaskaya gedən amerikalılara qarşı məhdudiyyətlət tətbiq olunmayıb.


Etiketlər:  Kanada ABŞ sərhədi iyulun dək bağlı qalacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ