Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çində 1120 kilometr uzunluğunda təhlükəsiz kvant rabitə kanalı yaradılıb

Çində 1120 kilometr uzunluğunda təhlükəsiz kvant rabitə kanalı yaradılıb

Tarix: 17 Iyun 2020 12:16

Çin, Sinqapur və Böyük Britaniyadan olan fiziklər "Mo-Szı" peykinin köməyi ilə Nanşan və Delinha şəhərlərini təhlükəsiz ən uzun kvant rabitə xətti ilə birləşdiriblər.

"Biz rabitə peykinin köməyi ilə bir-birindən 1120 kilometr məsafədə yerləşən iki yerüstü stansiya arasında kvant açar mübadiləsi həyata keçirməyə müvəffəq olduq. Bu, bizim qarışıq fotonların ötürülməsi səmərəliliyini təxminən 4 dəfə artırmağımız və saniyədə 0,12 bit sürətə yaxınlaşmağımız sayəsində mümkün olub", - deyə tədqiqatçılar yazırlar.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, müasir kvant rabitə sistemlərinin işində əsas problemlərdən biri odur ki, optik lif vasitəsilə hərəkət vaxtı işığın sürəti tədricən azalır. Buna görə yerüstü məlumat ötürmə sistemlərindən istifadə vaxtı kvant şəbəkələrinin qovşaqları arasındakı məsafə indi bir neçə yüz kilometr təşkil edir.

Fiziklər bu problemi həll etməyə cəhd göstərirlər.

Hələ ki məlumatların ötürülmə sürəti olduqca aşağıdır: bir bayt informasiya təxminən 1,5 dəqiqə ərzində ötürülür. Alimlər hesab edirlər ki, onlar "Mo-Szı" peykinin bortundakı ötürücü aparatın gücünü artırdıqları təqdirdə kvant açarlarının göndərilməsini 100 dəfələrlə sürətləndirə biləcəklər.


Etiketlər:  Çində 1120 kilometr uzunluğunda təhlükəsiz kvant rabitə kanalı yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ