Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 2,5 milyon manat ayırdı

Prezident İlham Əliyev Ağstafada əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına 2,5 milyon manat ayırdı

Tarix: 17 Iyun 2020 13:03

Prezident İlham Əliyev Ağstafa rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən, Ağstafa rayonunun Muğanlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.8.21-ci yarımbəndində göstərilmiş məbləğin 2,5 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılır.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.


Etiketlər:  Prezident İlham Əliyev Ağstafada əkin sahələrinin təminatının yaxşılaşdırılmasına milyon manat ayırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ