Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyun 2020 15:46
“Leyptsiq”in sabiq baş məşqçisi Ralf Ranqnik "Milan"la razılığa gəlib.
Qol.az xəbər verir ki, bu barədə “Tuttosport” məlumat yayıb. 61 yaşlı almaniyalı mütəxəssisin yeni mövsümdən “Milan”ı çalışdıracağı bildirilib.
Tərəflərin bütün məsələlərdə razılığa gəldiyi qeyd olunub. Müqavilənin detalları açıqlanmayıb. Ranqnik bu vəzifədə Stefano Piolini əvəzləyəcək.