Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qızımın əri vəfat etdi'' - Nazənin

''Qızımın əri vəfat etdi'' -  Nazənin

Tarix: 17 Iyun 2020 18:50

Müğənni Nazəninin kürəkəni dünyasını dəyişib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, sənətçi hadisəni bir müddətdir gizli saxladığını söyləyib. O bildirib ki, qızının ərinin vəfat etməsi onları çox sarsıdıb:

"Qızımın Qəhrəman adlı bir oğlu var. Onu çox istədiyimi özü bilir. Amma indi elə bil ki, Allah mənim balalarıma olan sevgimi alıb, ona verib. Niyə? Çünki atası rəhmətə getdi. Atasına bağlı uşaq idi. O mənim üçün həyatda hər şeydir. Kürəkənimin dünyasını dəyişdiyini bir müddət mətbuata bildirmədim. İlk dəfə açıqlayıram.

Atasız böyüyən uşaq yarımçıq olur. Həyatda onun sınmasını istəmirəm. Onun atasızlığı məni çox yandırır, sıxır. İçimdə özümə qarşı suallarım yaranır. Atasının qəbri üstünə tez-tez gedir. Allahdan ömür istəyirəm ki, mənə güc versin, nəvəmin xoş günlərini görüm. Atası rəhmətə gedəndən sonra uşaq sınıb. Kürəkənim ölməmişdən qabaq yazmışdı ki, yoldaşımı və oğlumu görmək istəyirəm. Danışa bilmirdi deyə, yazırdı. Ürək çatışmazlığından vəfat etdi. Getdilər, gördü. Amma sonda ata azyaşlı oğlunun çiyinlərində bu dünyadan köçdü. Tabutu aparanda Qəhrəman da tabutu çiyinlərində tutmuşdu".


Etiketlər:  Qızımın əri vəfat etdi Nazənin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ