Tarix: 17 Iyun 2020 20:34
UEFA Millətlər Liqasında 2020/21 mövsümünün yeni təqvimi müəyyənləşib. Qol.az xəbər verir ki, qrup mərhələsinin görüşləri 3/4/5 sentyabr, 6/7/8 sentyabr, 10/11 oktyabr, 13/14 oktyabr, 14/15 noyabr, 17/18 noyabrda keçiriləcək.
Yığma komandalar yoldaşlıq görüşlərini 7/8 oktyabr və 11/12 noyabrda oynayacaqlar.
Qeyd edək ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında C Liqasının 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.