Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Google Android 11 üçün AirDrop funksiyasının analoqunu göstərdi

Google Android 11 üçün AirDrop funksiyasının analoqunu göstərdi

Tarix: 18 Iyun 2020 08:28

Keçən həftə Google şirkəti Android 11-in ilk beta versiyasını təqdim etmişdi. İlk beta versiyanın təqdim olunmasından sonra Google şirkəti qısa videolar vasitəsilə Android 11-in yeni funksiyaları barəsində məlumatlar verməyə başladı. İlk videonun mövzusu isə istənilən smartfon modelləri arasında sürətli fayl mübadiləsi funksiyasını əhatə edir. Bu barədə 9to5google saytı xəbər vrib. Son aylar ərzində Google şirkəti çalışma prinsipi Apple AirDrop-a bənzəyən sürətli fayl mübadiləsi funksiyası üzərində çalışır.

Proqram təminatı səviyyəsində olan bu funskiyanın sayəsində smartfon istifadəçiləri yaxınlıqda olan digərləri ilə sürətli link və fayl mübadiləsini reallaşdıra bilər. Android Beam adlı bu cür funksiya əvvəlki Android versiyalarında reallaşdırılmışdı. Lakin həmin funksiya smartfonda NFC modulun olmasını tələb edirdi. Nearby Sharing adını əldə etmiş yeni funksiya isə iki smartfon arasındakı əlaqəni Bluetooth vasitəsilə, fayl ötürülməsini isə Wi-Fi vasitəsilə reallaşdırır. Bu cür üsul saysində hətta 4K keyfiyyətində olan videolar kimi ağır faylları bir smartfondan digərinə sürətlə ötürmək olar.

Milli.Az


Etiketlər:  Google Android 11 üçün AirDrop funksiyasının analoqunu göstərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ