Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 12:58
AFFA İcraiyyə Komitəsinin bugünkü qərarına əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb.
Qol.az xəbər verir ki, mövsümün qalibi və UEFA-nın klub yarışlarında iştirak edəcək komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Qərarın lehinə İK-nin 13 üzvündən 12-si lehinə, 1-i əleyhinə səs verib.
Beləliklə, bu qərara əsasən, hazırkı turnir cədvəlinə uyğun olaraq lider “Qarabağ” Azərbaycan çempionu olub. “Neftçi” gümüş, “Keşlə” bürünc medalı qazanıb.
2020/21 mövsümündə “Qarabağ” Azərbaycanı Çempionlar Liqası, “Neftçi”, “Keşlə” və kubokun qalibi olmadığından dördüncü yerin sahibi “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.
Qərara əsasən, 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək.