Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Verner rəsmən ''Çelsi''də

Verner rəsmən ''Çelsi''də

Tarix: 18 Iyun 2020 13:48

"Çelsi" heyətinə yeni futbolçu cəlb edib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, London klubu "Leyptsiq"in hücumçusu Timo Verneri transfer edib. Onunla 5 illik müqavilə imzalanıb. 24 yaşlı oyunçu fiziki müayinədən keçdikdən sonra iyulda "Çelsi"nin düşərgəsinə qoşulacaq. Bu transfer üçün Premyer Liqa təmsilçisi 47.5 milyon funt sterlinq ödəyəcək. Alman oyunçu isə yeni klubunda həftəsinə 170 min funt sterlinq qazanacaq.

Qeyd edək ki, Verner bu mövsüm Bundesliqda 32 matçda 26 qol vurub, 8 qolun ötürməsini verib.

 


Etiketlər:  Verner rəsmən Çelsidə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ