Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Premyer Liqası: Kim neçənci yeri tutdu?

Azərbaycan Premyer Liqası: Kim neçənci yeri tutdu?

Tarix: 18 Iyun 2020 14:12

Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümündə komandaların turnir cədvəlini neçənci pillədə başa vurduğu dəqiqləşib.

Qol.az xəbər verir ki, bu, AFFA İcraiyyə Komitəsinin bugünkü qərarından sonra bəlli olub. Qərara əsasən, koronavirus pandemiyasına görə, 2019/2020-ci il mövsümü üçün Azərbaycan Premyer Liqası dayandırılıb və komandalar hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib.

Beləliklə, turnir cədvəlini "Qarabağ" 45 xalla 1-ci, "Neftçi" 37 xalla 2-ci, "Keşlə" 30 xalla 3-cü  pillədə başa vurub. Cədvələ uyğun olaraq, 2020/21 mövsümündə “Qarabağ” Azərbaycanı Çempionlar Liqası, “Neftçi”, “Keşlə” və kubokun qalibi olmadığından dördüncü yerin sahibi “Sumqayıt” isə Avropa Liqasında təmsil edəcək.

Qeyd edək ki, “Zirə” də “Sumqayıt”la eyni xal toplasa da, yalnız şəxsi oyunlardakı göstərici səbəbindən rəqibindən geri qalıb.

"Sumqayıt"  4-cü (23 xal), "Zirə" 5-ci (23 xal), "Sabah" 6-cı (21 xal), "Səbail" 7-ci (20 xal), "Qəbələ" isə 8-ci-sonuncu pillədə olub.

Qeyd edək ki, qərara əsasən, 2019/2020-ci il mövsümündə iştirak edən heç bir komanda Azərbaycan Premyer Liqasını tərk etməyəcək.

 


Etiketlər:  Azərbaycan Premyer Liqası neçənci yeri tutdu


RƏYLƏR