Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyun 2020 17:06
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən "Talassemiyasız həyat naminə" proqramına dəstək məqsədilə "Təmiz Şəhər" ASC-nin əməkdaşları iyunun 17-də qanvermə aksiyası keçiriblər.
ASC-dən Trend-ə bildirilib ki, Mərkəzi Qan Bankı və Azərbaycan Talassemiya Federasiyasının nümayəndələrinin iştirakı ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda təşkil edilən aksiyada ASC-nin 100-ə yaxın əməkdaşı, həmçinin Balaxanı Sənaye Parkının rezidentlərinin nümayəndələri qan veriblər. Aksiya çərçivəsində toplanmış qan Mərkəzi Qan Bankına təhvil verilib.
Doqquzuncu ildir ki, "Təmiz Şəhər" ASC qanvermə aksiyası təşkil etməklə talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkən şəxslərə dəstək göstərirlər. ASC hər il "Talassemiyasız həyat naminə" proqramına qoşulmaqla qan xəstəliklərindən əziyyət çəkən çoxlu sayda insana dəstək olduğu üçün Milli Hematologiya və Transfuziologiya Mərkəzi və Mərkəzi Qan Bankı tərəfindən təşəkkürnamə ilə təltif edilib.