Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxub

Dövlət Komitəsinin iki əməkdaşı koronavirusa yoluxub

Tarix: 18 Iyun 2020 17:54

Diasporla İş üzrə Dövlət Komitəsinin koronavirusa yoluxmaları ehtimal olunan əməkdaşları testdən keçirilib və Komitənin iki əməkdaşında virus aşkarlanıb. 

Sonxeber.net xəbər verir ki, Komitədən APA-ya verilən məlumata görə, onlar hazırda müalicə olunurlar və vəziyyətləri yaxşıdır:

"Diasporla İş üzrə Dövlət Komitəsində qoruyucu tədbirlər davamlı olaraq həyata keçirilir, bütün qaydalara və təlimatlara ciddi əməl olunur. Komitənin inzibati binası mütəmadi olaraq dezinfeksiya edilir, hər gün işə gələn hər bir əməkdaşın bədən hərarəti ölçülür, sosial məsafə saxlanılır, xüsusi dezinfeksiyaedici maddələrdən və maskalardan istifadə olunur. 

Hər kəsə, o cümlədən əməkdaşlarımıza can sağlığı arzu edirik".


Etiketlər:  Dövlət Komitəsinin əməkdaşı koronavirusa yoluxub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ