Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

172 obyektdə sanitar-epidemioloji tələblər pozulub

172 obyektdə sanitar-epidemioloji tələblər pozulub

Tarix: 18 Iyun 2020 18:56

Sahibkarlıq subyektlərində monitorinqlər davam edir.

İqtisadiyyat Nazirliyindən Sonxeber.net-a verilən məlumata görə, xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə iyunun 17-də keçirdiyi növbəti monitorinqlərdə Binəqədi rayonunda "Ləzzət şirniyyat" mağazasında, "Taksim kabab"da, "Şəki kafesi"ndə, "Azəri med" MMC-yə məxsus "Aptek"də, Yasamal rayonunda "Rokol tikinti materialları" mağazasında, Fərid Abuzərliyə məxsus "Lombard"da, Nəsimi rayonunda "İnci mağazası"nda, "Moskva kitab evi"ndə, "Ekstra brend" mağazasında, Xətai rayonunda "Oba market"də, "Tikinti materilları" mağazasında, Murad Orucova məxsus "Şərab evi"ndə, Səbail rayonunda Rəşad Rəhimliyə, Elvin Həmidova məxsus pərakəndə ticarət obyektlərində, Nizami rayonunda Aqşin Osmanova məxsus "Qab Qacaq" mağazasında, Gəncə şəhərində "Qala kosmetika" mağazasında, "Tombik kafe"də, Abşeron rayonunda "Yaşıl ada" ictimai iaşə obyektində, Qoşqar Sadıqova məxsus "Dönər evi"ndə, Ruslan Beynəlzadəyə məxsus "Köz dönəri"ndə, Ramin İbrahimova məxsus "Atelye xidmət"də, Ağdaş rayonunda "1-ci supermarket"də, "Ağdaş İnşaat", "Şirvan İnşaat", "Mango moda", "Polo geyim", "Bogant geyim", "Elay gallery", "Elegant geyim", "Səma hədiyyə", "İdeal hədiyyə", "Çempion market", "Yaşar market", "Ayaqqabı dünyası", "Hədiyyələr" mağazalarında, "Tac dönər"də, "Ağdaş Telekom" xidmət obyektində, "Zeytun-1 Aptek"də, Yardımlı rayonunda Rəvan Həsənova məxsus "Super Market"də, Fərhad Hatəmliyə məxsus "Market"də, Mehman Adıyevə məxsus "Təsərrüfat malları mağazası"nda, Müşviq Bədirova məxsus "Market"də, Hamlet Əməşova məxsus "Market"də, Oğuz rayonunda "Maqnolia Kafesi"ndə, Nurlan Mahmudzadəyə məxsus "Ailəvi Dönər"də, Füzuli rayonunda "Kişi və Qadın geyimləri" mağazasında, Samir Fərzəliyevə məxsus "Kafe"də, Nəriman Əmirova məxsus "Bərbərxana"da, Xaçmaz rayonunda "Esko mağazası"nda, Mehdi Abdullayevə məxsus "Çörək sexi"ndə, "Anar kafesi"ndə, İsmayıllı rayonunda "Elşad Market"də, "Həyat Market"də, "Soliton" mağazasında, "Basqal Restoran"da, "Dost Qapısı" ictimai iaşə obyektində, ümumilikdə monitorinq keçirilmiş 364 obyektdən 172-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Qeyd edək ki, mayın 22-dən iyunun 18-dək monitorinq aparılmış 6813 sahibkarlıq subyektindən 2995-də zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.


Etiketlər:  obyektdə sanitar epidemioloji tələblər pozulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ