Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

330 gündən sonra meydana qayıtdı – Topa ilk toxunuşu qol oldu + Video

330 gündən sonra meydana qayıtdı – Topa ilk toxunuşu qol oldu + Video

Tarix: 19 Iyun 2020 11:16

“Real”ın futbolçusu Marko Asensionun uzun müddət zədədən sonra meydana qayıdışı uğurlu alınıb.

Qol.az xəbər verir ki, 2019-cu il iyulun 24-də zədələnən ispaniyalı hücumçu ötən gecə La Liqanın 29-cu turunda “Valensiya” ilə görüşün (3:0) 74-cü dəqiqəsində meydana çıxıb.

24 yaşlı forvard meydana daxil olan dəqiqədə Ferlan Mendinin ötürməsini saxlamadan, birbaşa rəqib qapısına göndərib. Beləliklə o, 330 günlük fasilədən sonra topa ilk toxunuşundaca qol vurub.

Bundan başqa, görüşün 86-cı dəqiqəsində Kərim Benzemanın qolunun ötürməsini də Asensio verib.


 


Etiketlər:  gündən sonra meydana qayıtdı Topa toxunuşu oldu Video


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ