Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyun 2020 11:24
“Real” bugünlərdə “Eybar”la matçda iştirak edən bəzi futbolçularının geyindiyi formaları ABŞ-da təşkil olunan hərraca çıxarıb.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ən baha qiymətə - 7 min avroya Luka Modriçin forması satılıb. Eden Azarın forması 3,2 min, Serxio Ramosun forması 3,1, Qaret Beylin forması isə 1,5 min avroya alınıb. Satışdan əldə edilən gəlir “Real”ın sosial layihələrinin inkişafına yönəldiləcək.
Məlumata görə, “Valensiya” ilə dünənki görüşün formaları da hərraca çıxarılacaq.